İnternetdə tanış olduğu qızı aldadıb bir uşaqla atıb qaçan 26 yaşlı Məhəmməd DANIŞDI
İnternetdə tanış olduğu qızı aldadıb bir uşaqla atıb qaçan Məhəmməd Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqıznın aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxıb.
ARANTV.AZ xəbər verir ki, Məhəmməd bildirib ki, Gülnarə ilə internetdə tanış olub: “2-3 ay yazışdıq. Gülnarə də adını yalan demişdi. O, mənə demişdi ki, əsil adı Xədicədir. Gülnarə ilə münasibətimizdən ailəmin xəbəri yoxdur. Gülnarənin ailəsi ilə də tanış olmadım. DNT analizindən sonra mən qızımı qəbul edirəm”.
Gülnarə bildirib ki, Məhəmməd ailəlidir, bir oğlu da var.Sonxeber.az

