Cəmiyyət 

Daxili İşlər naziri yeni bölmə rəisləri təyin etdi

Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Fəxrin Bektaşi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Eyni zamanda, polis polkovnik-leytenantı Azər Məmmədov Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Tural Məşədiyev Sabunçu RPİ 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə gətirilib.Oxu.Az

Daha çox xəbərlər