Hadisə 

DYP-dən daha bir biabırçılıq : Radara düşən Mersedesin cəriməsi Nissan Maxsimaya göndərilib-FOTO

ARANTV.AZ Qaynarxett.netə isdinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən yaradılan problem hələdə həllini tapmayıb.
Bu barədə “Nissan Maxsima”nın sahibi Vüsal Bayramov bildirib:” Yeddi ay əvvəl evimizə məktub gəldi ki, Sizin maşınınız radara düşüb.40 manat cəriməsi var. Biz məktubdakı sənədə baxanda gördük ki, radarın qeydə aldığı maşının dövlət nömrə nişanı 10 UV 092-di . Maşınında markası Mersedes 10 VU 082-dır. Bizim maşının markası “Nissan Maxsima” dövlət nömrə nişanı isə 10 VU 092-di . Həmin vaxt biz maşının radar qeydiyyatına düşdüyü ərazidə, Bakıda yox, yaşadığımız Bərdə rayonunda olmuşuq.Bərdə rayon Yol Polisi İdarəsinə müraciət elədik. Dedi ki, narahat olmayın tədbir görəcəyik. Keçən ayın sonunda texniki baxışdan maşını keçirmək istiyəndə bildirdilər ki, cəriməniz var. Biz gələn radar xəbərdarlığını DYP əməkdaşına göstərəndə verilən cavab belə oldu ki, “ Bizlik deyil!”
Vüsal Bayramov bildirib ki, ardıcıl olaraq üç dəfə Bərdə DYP-nə müraciət eləsələrdə BDYP-nin yanlışlığı aradan qaldırılmayıb: “ Anar müəllimlə yanaşı onun müavini Şükran müəllimə müraciət etmişik. Bildiriblər ki, üç dəfə Sizin şikayətinizi yuxarı orqana BDYP – nə göndərmişik. Ancaq yuxarı orqandan heç bir cavab verilməyib.”-deyə durumdan narazılığını dilə gətirib Vüsal Bayramov .
Həmsöhbətimiz DİN 102 xidmətinə zəng edib , BDYP-nin səhlənkarlığı ucbatında başına gələni danışdığını, bununda bir fayda vermədiyindən gileylənir:”Mən ikinci qrup əliləm. Mənim hansısa bir işimin dalınca bu maşından istifadə edirəm. Belə bir zərurət olsada indi biz maşını həyətimizdən qırağa çıxara bilmirik. Vüsal Bayramov bildirib ki dəfələrlə DİN BDYP qaynarxett 902 xidmətinə zəng etsəmdə cavab verən olmayıb. Təkrar Bərdə DYP – yə müraciət edəndə yenədə “gözləyin” deyiblər. -“ deyən Vüsal Bayramov haqlı olaraq BDYP-nə sual ünvanlayaraq , soruşur: “ İndi mən nə vaxta qədər gözləyim?”
Öz şəxsi maşınını kiminsə səhvi ucbatından qapısında dustaq kimi saxlamasını deyən maşın sahibi 61 manat təqaüd aldığını, bu pulunda taksilərdən istifadəyə yetmədiyini bildirir.
Şikayətçi Vüsal Bayramov onlara qarşı yol verilən səhvin aradan qaldırılmasında müraciət elədikləri şəxs və qurumlarda baxılmadığını,buna görə də DİN BDYP-də onlara qarşı olan səhv münasibətin dəyişəcəyinə də ümidlərini itiriblər.
İndi qalır bircə yol. O da məhkəməyə müraciət eləməkdi. Maşının sahibi Vüsal Bayramov məhkəməyə müraciət eləməli olsa təzminat davası açmağı düşünür. Buna əsas səbəb kimi ailənin mənəvi zərərini, sonrası isə maşının sürülmədiyi halda hərəkətsizlikdən təkərlərinin və akumulyatorunun sıradan çıxdığını göstərir.
Ümid edək ki, DİN BDYP Vüsal Bayramovun başına gələn yanlış radar cəriməsini araşdırıb, anlaşmamazlığa son qoyacaq.

Daha çox xəbərlər