Baltalanaraq öldürülən qızların meyitləri 17 il sonra aşkarlandı
Rusiyanın İrkutsk vilayətində polislərin 17 il əvvəlki qətlinin üstü açılıb.
Rosbalt.ru-nun xəbərinə görə, Buryatiya şəhərində iki polis əməkdaşı 17 və 18 yaşları olan yeniyetmə qızlarla spirtli içki içiblər.
Daha sonra onlar qızları balta ilə öldürüb basdırıblar.
Qızların meyiti 17 il sonra İrkutsk və Çita avtomobil yolunun yaxınlığında aşkar edilib.
Qətli törədən polislər tutulub.

