Siyasət 

Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü başladı

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirləri (Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu) arasında üçtərəfli formatda görüşü başlayıb.

ARANTV.AZ-ın xəbərinə görə, görüşdə üçtərəfli əməkdaşlıq məsələləri, energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələr müzakirə olunur.

Görüşün sonunda birgə bəyannamənin imzalanması gözlənilir.Oxu.Az

Daha çox xəbərlər