Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb
Bakının Qaradağ rayonunda 3 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı valideyn nəzarətindən kənar qalaraq yaşadığı binanın üçüncü mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. O, ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, körpənin vəziyyəti çox ağırdır.
Fakt araşdırılır.APA

