Cəmiyyət 

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri – Saat 10:00 olan məlumat

Bu gün keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 13.93 faiz olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 4.38% olub.

Qeyd edək ki, saat 10:00 olan məlumata görə, 4 milyon 972 min 356 seçicidən 427 361 nəfəri (8.51%) səsvermədə iştirak edib.

Daha çox xəbərlər