Hadisə 

Özünü Kürə atan şəxs xilas edildi

Daxili İşlər Nazirliyi Mingəçevirdə özünü çaya atan şəxslə bağlı məlumat yayıb.

ARANTV.AZ xəbər verir ki, dekabrın 21-də saat 19 radələrində Mingəçevir şəhəri ərazisində Kür çayının üzərindəki körpüdən bir nəfər özünü suya atıb.

Mingəçevir Şəhər Mühafizə Şöbəsinin həmin ərazidə xidmət aparan əməkdaşlarının operativliyi və çevikliyi sayəsində o sudan çıxarılıb, xəstəxanada ilkin tibbi yardım göstərilib.

Onun şəhər sakini V.Əmirov olduğu müəyyən edilib.

Şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər