Hadisə 

Bakıda 69 yaşlı qadın klinikada öldü

Bakıda qadın klinikada dünyasını dəyişib.

Hadisə paytaxtın Xətai rayonu ərazisindəki “Baku Medical Plaza”da baş verib.

1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və müalicəyə başlayıb.

Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır. (trend)

Daha çox xəbərlər