Hadisə 

Qaxda maşın ağaca çırpıldı: Ölən var

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Qax-Qorağan yolunun 1-ci kilometrliyində qeydə alınıb.

Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü sürücü İsgəndərov Mais Ramiz oğlu “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı qoz ağacına çırplıb.

Nəticədə, maşında olan sərnişin, Yevlax rayon sakini, 1992-ci il təvəllüdlü Əlizadə Cəsarət Vəliş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılsa da, yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər