Gündəm 

Sahib Ələkbərov: Differensial ƏDV üçün uçot düzgün olmalıdır

Differensial Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır.

ARANTV.AZ xəbər verir ki, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, nazirlik differensial ƏDV-nin tətbiqinin əleyhinə deyil:

“Bunun əleyhinə deyilik. Sadəcə, tətbiq edə bilmirik, çünki uçot sistemi düzgün deyil. Birinci növbədə, uçot məsələsi kökündən həll olunmalıdır. Daha sonra isə bu istiqamətdə addım atılmasına baxılmalıdır. Çünki uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq”.Oxu.Az

Daha çox xəbərlər