Abşeronda 17 yaşlı yeniyetmə bıçaqlandı
Abşeron rayonunda bıçaqlanma hadisəsəi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.
17 yaşlı Abdullayev Nurlan Şahin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub. Hələlik hadisənin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ölkə.Az

