Bakıda 40 yaşlı kişi bıçaqlandı
Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı kafelərin birində baş verib.
40 yaşlı Bədirxanov Ramin Əmirxan oğlu kafedə tanımadığı şəxslə mübahisə edib. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib və nəticədə Ramin Bədirxanov bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ölkə.Az

