Hadisə 

Həbsxanaya oğlu üçün narkotik gətirən ata TUTULDU

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

ARANTV.AZ  xəbər verir ki, Cinayət Məcəlləsinin 170.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 232.1; 66.2; 93.1.2; 66.5-ci maddələrinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şükürzadə Əli Tərlan oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Lənkəran rayon sakini Şükürov Tərlan Əhməd oğlunun üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibində gizlətdiyi bükülüdə 1,320 qram narkotik maddə – marixuana aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.


Ölkə.Az

Daha çox xəbərlər