“Azəriqaz” rəsmisi: Azərbaycanda əhaliyə verilən qazın keyfiyyətində problem olsaydı…
Azərbaycan ərazisində əhaliyə verilən təbii qazın tərkibi narahatlığa əsas vermir.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təbii qazın tərkibi və keyfiyyəti vətəndaşlarda narahatlıq yaratmamalıdır:
“Azərbaycanda əhaliyə verilən qazın keyfiyyətində problem olsaydı, qazdan zəhərlənmə halları bütün binanı əhatə edərdi.
Bildiyiniz kimi, belə hallar fərdi hevlərdə baş verir. Müasir tipli inşa edilən binalarda bu cür zəhərlənmə hallarına rast gəlinməyib”.Oxu.Az

