Hadisə 

Bakıda dəhşətli qəza: “Mercedes” yolda 6 dəfə fırlandı – ANBAAN VİDEO

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

ARANTV.AZ  avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib. Tuneldən çıxan “Mercedes” markalı avtomobil idarəetməni itirərək əvvəlcə yolun sağ zolağındakı avtomobilə çırpılır.

Ardınca isə 6 dəfə fırlanaraq əks istiqamətə düşür. Hadisə nəticəsində sürücü xəsarət alır. Avtomobilin ön hissəsi isə yararsız hala düşür. Görüntüləri təqdim edirik:

 

Daha çox xəbərlər