Onkoloji xəstədən DƏHŞƏTLİ ADDIM
Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.
Hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1960-cı il təvəllüdlü Quluyev Rahil yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(apa)

