Bakıda gənc oğlan özünü dənizə atdı
Bakının Xətai rayonunda gənc oğlan özünü dənizə atıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Ağ Şəhər bulvarında baş verib. Gənc oğlanın intihar məqsədi ilə özünü dənizə atdığı ehtimal edilir.
Apa-nın məlumatına görə, 28 yaşlı Əbilov Cabir Hakim oğlunun hansı şəraitdə dənizə düşdüyü məlum deyil. O, ətrafdakı sakinlərin köməkliyi ilə dənizdən çıxarılıb. C.Əbilov 1 saylı Xəstəxanaya çatdırılıb.
Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Sonxeber.az

