İdman 

Millimiz Mordoviya komandası ilə birgə hazırlaşır – VİDEO

Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir.

ARANTV.AZ xəbər verir ki, yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən millimiz Mordoviya komandası ilə birgə məşqləri davam etdirir.

Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan toplanış yanvarın 16-dək davam edəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində 1924-cü ilin Olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək Qran-Pri turniri olacaq.Oxu.Az

Daha çox xəbərlər