Hadisə 

Övladları atası ilə barışdığı üçün özünü öldürdü

Gəncə şəhərində bir ay əvvəl intihara cəhd edən 69 yaşlı qadın ölüb.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini Məmmədova Məryəm İlyas qızı ötən ilin dekabrın 9-da üzərinə benzin tökərək özünü yandırıb.

Məlumata görə, qadın qızı Məhəbbət və oğlunun boşandığı keçmiş əri ilə barışdıqları üçün buna etiraz edib və özünü yandırıb.

O, yanvarın 7-də yerləşdirildiyi Bakı şəhər 5 saylı xəstəxanada vəfat edib. Araşdırma aparılır.

Daha çox xəbərlər