İdman 

Qadın millimiz Olimpiya Təsnifat Turnirinə uğursuz start verdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində ilk oyununu keçirib.

ARANTV.AZ  xəbər verir ki, millimiz Apeldoorn şəhərində meydan sahibləri ilə qarşılaşıb. Görüş Niderland yığmasının 3:0 hesablı (25:23, 25:18, 25:22) qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu sabah ilk oyunda Polşaya 1:3 hesabı ilə uduzmuş Bolqarıstana qarşı keçirəcək.Oxu.Az

Daha çox xəbərlər