Bərdənin Ğüloğlular kəndi zibil içində (FOTOLAR)
“Zibil qutusu yəqin çox baha olmaz. Ən azı ona görə büdcədən milyonlar ayırmağa gərək yoxdur. Bir zibil qutusunun mahiyyəti nədir ki, gətirib ikisini, üçünü kəndə qoymurlar. İnsanlar zibillərini dərəyə atır.

Bərdənin Ğüloğlular kəndinin sakinləri belə deyirlər. Onlar Aran TV-yə müraciət edərək bildiriblər ki, indiyə qədər şikayət etmədikləri yer qalmayıb. Ancaq bir xeyri olmayıb, baxmayıblar.

Kənddə zibil atmaq üçün qutu yoxdur. Sakinlər məişət tullantılarını kənddə özləri müəyyən etdikləri bir yerə tökürlər. Həmin ərazinin yaxınlığında evlər var. Sakinlər antisanitariyadan şikayət edirlər. Külək olanda zibil qalıqlarının həyətlərinə yayıldığını söyləyirlər.

“Dəfələrlə kəndə zibil qutusu qoyulması üçün bələdiyyəyə müraciət etmişik. Biz böyük bir şey istəmirik. Lazımi avadanlıqdır, hər kənddə zibil tökməyə yer olmalıdır. Bələdiyyə nə işlə məşğul olmalıdır? Bildirir ki, əslində zibil qabı qoymaqla da iş bitmir. Digər problem onun daşınmasıdır:

“Daşıyacaqlarmı? Bilmirəm. Daşıyan olsaydılar, məişət tullantıları qalaq-qalaq yığılıb qalmazdı. Biz bilmirik onları nə edək. Üstünü basdırırıq, heyvan qazıb çıxarır. Bir külək olan kimi də sellofanlar yayılır kəndə. Yayda isə milçək əlindən tərpənmək olmur. Günəş vurur, ətrafa üfunət iyi yayılır. Biz nə etməliyik, zibilləri özümüz daşıyaq? O zaman bələdiyyə nə üçündür? Xahiş edirik, gəlib yığışdırsınlar. Biz deyirik, eşitmirlər, bəlkə mediada işıqlandırılsa, ordan oxuyub, utanar, gəlib, bir çarə taparlar”.

Sakinlər deyir ki, indiyə qədər etdikləri şikayətlərə baxan olmayıb: “Heç veclərinə də deyil. Bir qulaqlarından girib digərindən çıxır. Öz dediyimizi özümüz eşidirik elə. Yollar bərbad, zibil qutusu yox, kəndə baxan da yox.


