Cəmiyyət 

Nərmini sinif yoldaşları belə yad etdilər-FOTO

Noyabrın 21-i Tovuzun Dondar Quşçu kəndində itkin düşən və yanvarın 6-da axşam saatlarında yaşadığı evin yaxınlığında yandırılmış meyiti tapılan Nərmin Quliyevanın qətli hamı kimi onun sinif yoldaşlarını da sarsıdıb.
ARANTV.AZ  xəbər verir ki, mərhumun sinif yoldaşları onun sinifdəki partası üzərinə qərənfillər düzərək yad ediblər.

Qeyd edək ki, cinayəti törədənin kimliyi hələ də məlum deyil. Faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Sonxeber.az

Daha çox xəbərlər