Azərbaycanda nənə və 6 yaşlı nəvəsi maşının altında qaldı – ÖLƏN VAR
Gəncədə ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, yanvarın 9-da saat 15 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində şəhər sakini M.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerliləri Hicran Babayevanı və onun nəvəsi 6 yaşlı F.Babazadəni vurub.
Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.
Nizami (Gəncə) RPİ tərəfindən aparılır.Publika.az

