Deputat: KTMT-yə üzv olmaqda heç bir təhlükə görmürəm
Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasında heç bir təhlükə görmürəm.
ARANTV.AZ xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili deyib ki, ancaq bu, Qarabağın azad olunması qarşılığında olmalıdır:
“Ona görə də Rusiya ilə öncədən problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair saziş imzalanmalı və parlamentlərdə ratifikasiya olunmalıdır. Bundan sonra Azərbaycanın KTMT-yə üzv olmasında heç bir təhlükə görmürəm. Cəmiyyət inkişaf edir, vəziyyət dəyişir”.
oxu.az

