London Putini Skripalın zəhərlənməsində ittiham etdi
Böyük Britaniyanın təhlükəsizlik naziri Ben Uolles bəyan edib ki, rusiyalı sabiq kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə şəxsən Rusiya prezidenti Vladimir Putin məsuliyyət daşıyır.
ARANTV.AZ xəbər verir ki, nazirin bu fikirləri “The Guardian” nəşrində dərc olunub.
Onun sözlərinə görə, Skripala hücum Putinin ölkə hakimiyyəti üzərində sərt nəzarətinin nəticəsidir.
“Bu məsələdə məsuliyyəti o (Putin) daşıyır, o, ölkəsinin prezidentidir, onun hökuməti Müdafiə Nazirliyi vasitəsilə Baş Kəşfiyyat İdarəsini maliyyələşdirir. Düşünmürəm ki, kimsə onun ölkəsində baş verənlərə nəzarət etmədiyini deyə bilsin”, – o bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey rusiyalı lideri birbaşa ittiham etməsə də, bu işdə günahkarların Rusiya Xüsusi Xidmət Orqanlarının əməkdaşları olduğunu deyib.
oxu.az

