Yaşıl çay içmək ÖMRÜ UZADIR
Elm adamları həftədə ən azı 3 dəfə yaşıl çay içməyin ürək-damar xəstəliklərinə bağlı ölüm riskini azaltdığını və insan ömrünü uzatdığını açıqlayıblar.
ARANTV.AZ xəbər verir ki, Çin alimləri araşdırma edərək infarkt, insult və iflic keçirməyən 100 min 902 insanı həftədə 3 dəfə yaşıl çay içən və içməyən olaraq 2 yerə ayırıblar. Yeddi il aparılan araşdırmada elm adamları davamlı olaraq yaşıl çay içənlərdə infark riskinin yüzdə iyirmi faiz az olduğunu müşahidə ediblər. Müşahidə davamlı olaraq çay içənlərin içməyənlərə nisbətən daha uzun ömürlü olduqlarını göstərib.
Eyni zamanda məlum olub ki, kişilər qadınlarla müqayisədə daha çox yaşıl çay içirlər. Lakin Çinli elm adamları bildiriblər ki, davamlı olaraq çay içmək hər ölkə üçün müxtəlifdir. Qərb ölkələrdə qara çay daha çox istifadə edildiyi halda, Asiya ölkələrində yaşıl çay qara çaya nəzərən daha çox içilir.
Ölkə.Az

