Dünya 

Türkiyə un ixracına qadağa qoydu

Türkiyədə unun istehlak qiymətlərini qoruyub-saxlamaq məqsədilə bu məhsulun ixracı məhdudlaşdırılıb.

ARANTV.AZ xəbər verir ki, Türkiyədə 50 kiloqramı 75 lirə olan unun qiyməti son günlər 95-100 lirəyə yüksəlmişdi.

Türkiyə Ticarət Nazirliyinin açıqlamasına görə, ixracına qadağa qoyluna un növü ümumi un  ixracının 1 faizini təşkil edir. Bildirilir ki, məhdudlaşdırma müvəqqətidir. Qiymətlər tənzimləndikdən sonra məhdudlaşdırılma aradan qaldırılacaq.

oxu.az

Daha çox xəbərlər