İsraildə güclü yanğın: 8 təyyarə cəlb edildi
İsrailin Hayfa şəhəri yaxınlığında güclü yanğın başlayıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, yanğın güclü külək səbəbindən sürətlə yayılır.
Hadisənin qarşısının alınması üçün 12 yanğınsöndürən briqada, həmçinin 8 təyyarə cəlb edilib.
Yanğının yaşayış bölgələrinə təhlükə törətmədiyi məlumat verilib.

