Bakıda qayınata və keçmiş kürəkəni dalaşdı — Hər ikisi xəstəxanalıq oldu
Sabunçu rayonunda keçmiş qohumlar arasında mübahisə baş verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Elşən Mehdiyev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Cəfərov Namiq Mədət oğlu keçmiş kürəkəni, 1989-cu il təvəllüdlü Mahmudov Elgün Rüstəm oğlu ilə mübahisə edib.
Əlbəyaxa davaya çevrilən mübahisə zamanı kişi keçmiş kürəkənini döyərək ağır xəsarət yetirib. Mahmudov Elgün də ona qarşılıq verib və nəticədə keçmiş qohumların hər ikisi baş nahiyəsindən xəsarət alıblar.
Yaralılar 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Hər iki yaralıya başın əzilmiş-cırılmış yaraları diaqnozu qoyulub.
İlkin məlumata görə, mübahisə aliment məsələsi üstündə yaranıb. Hadisənin təfərrüatı araşdırılır.

