Hadisə 

Rusiyada yol-hərəkət qaydalarını pozan azərbaycanlı tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində yol-hərəkət qaydalarını pozan azərbaycanlı saxlanılıb.

Fontanka.ru-nun xəbərinə görə, içində iki azərbaycanlının olduğu “Chevrolet Lanos” markalı avtomobil yol-hərəkət qaydalarını pozub.

Polis avtomobili saxlayaraq sənədləri yoxlamaq istəsə də, azərbaycanlı sürücü idarəetməyə davam edib. Bu müddətdə o az qalıb ki, bir piyadanı vursun.

Şahidlərin dediyinə görə, polis avtomobili saxlayandan sonra sürücü özünü qəribə apararaq başını güzgüyə çırpıb.

Hüquq-mühafizə orqanının əməkdaşları avtomobildən dörd ədəd narkotik maddə olan bağlama və içindəki maddənin hələlik nə olduğu bilinməyən çanta aşkar edərək götürüblər.

Daha çox xəbərlər