Cəmiyyət 

Bakıda erməni konfetləri satılır – FOTOLAR

Bakıda böyük supermarketlərin birində Ermənistanda istehsal edilən konfetlərin satıldığı məlum olub.

BiG.AZ xəbər verir ki, bu barədə məlumatı və fotonu tanınmış jurnalist Sənan Nəcəfov facebook hesabında paylaşıb. O bildirib ki, sözügedən konfetləri “Freshmart” marketlərində satırlar.
“Bu məlumatı və fotoları dostlardan biri göndərib. Həmin dostumuz deyir ki, Xətai metrosunun yaxınlığında, “Freshmart” super-marketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəlib. Bununla bağlı mağazanın rəhbərliyinə irad tutub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. Həmin dostumuz bu gün yenə həmin mağazaya gedib. Dediyinə görə, həmin İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodları qoyulub. Lakin diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur.
Başqa heç nə yazmıram. erməni məhsullarının Bakı piştaxtalarına necə ayaq açdığını araşdırmaq lazımdır. Çox üzücü haldır”.

S.Nəcəfov bir önəmli fakta da diqqət çəkib. O, qeyd edib ki, “mart” ermənicə “adam” deməkdir.
Bakıda erməni konfetləri satılır - FOTOLAR
Bakıda erməni konfetləri satılır - FOTOLAR
Bakıda erməni konfetləri satılır - FOTOLAR

Daha çox xəbərlər