Bakıda 15 yaşlı yeniyetmə bıçaqlandı
Nərimanov rayonu ərazisində 15 yaşlı yeniyetmə bıçaqlanıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında baş verib.
15 yaşlı R.Hüseyn naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya döş qəfəsinin arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ölkə.Az

