Sumqayıtda 31 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb
Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb.
ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Betonzavod” yaşayış massivində fərdi yaşayış evində qeydə alınıb.
Mənzilə keçirilən baxış zamanı orada kişi meyiti tapılıb. Meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü Mehdiyev Pərviz Mehdi oğlu olduğu məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktıa bağlı araşdırma aparılır.

