Cəmiyyət 

Nazirlik psixoloqların maaş artımı məsələsinə münasibət bildirdi

Ötən gün Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlar yayılıb. 

ARANTV.AZ xəbər verir ki, Təhsil Nazirliyindən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Təhsil nazirinin müvafiq əmri ilə əməkhaqqı artımı 24-28 dekabr tarixlərində diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunur.

Hazırda psixoloqların əməkhaqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.

Daha çox xəbərlər