“İnstagram”da MÖHTƏŞƏM YENİLİK – Artıq “direct” mesajları…
Məşhur “İnstagram” sosial şəbəkəsinə möhtəşəm yenilik gəlir. Xüsusilə korporativ “İnstagram” istifadəçilərinin ehtiyac duyduğu yeni funksiya sayəsində artıq şəxsi mesajları “web” üzərindən (kompüter vasitəsilə) göndərmək mümkün olacaq.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, istifadəçilər indiyə qədər “direct” mesajları yalnız mobil versiyada göndərə bilirdilərsə, bundan sonra “web” interfeysində də həm adi, həm qrup söhbətlərinə girib, yazışa və şəkil paylaşa biləcəklər.

Hazırda az sayda istifadəçi ilə sınaqdan keçirilən bu funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.

BiG.AZ

