Bakıda dəhşətli hadisədə ölən şəxs nazirlik əməkdaşıdır – TƏFƏRRÜAT
Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olması məlum olub.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb.
Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.

