Hadisə 

Salyanda avtomobil beton maneyə çırpıldı — Xəsarət alan var

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın Report-a istinadən xəbərinə görə, hadisə gecə saatlarında “Stansiya” adlanan yaşayış massivində qeydə alınıb.

Massivin 20 Yanvar küçəsində yaşayan sürücü, 1982-ci il təvəllüdlü Tağıyev Əşrəf İsa oğlu“QAZ-031”markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı beton maneyə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər