Cəmiyyət 

Ov mövsümü və ovçuluğun təşkilinə dair mətbuat konfransı keçirilib

ARANTV.AZ xəbər verir ki, xarici ovçular üçün ovun təşkili məqsədilə 3 ay ərzində 10 şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Ov mövsümü ilə bağlı nazirlikdə keçirilən mətbuat konfransında bu barədə məlumat verilib.

Ov mövsümü mayın sonundan Dağıstan turunun ovlanmasına icazə verilməsi ilə açılıb. Quş ovuna gəlincə, avqustun 24-dən göyərçinkimilər və buldirçinlərin ovuna başlanılıb. Sentyabrdan çöl donuzları və dovşanların, oktyabrda isə su bataqlıq quşlarının ovuna icazə veriləcək. Mövsümün fevralın sonu, martın əvvəlində başa çatdırılması nəzərdə tutulur. Ov etmək istəyən yerli vətəndaşlar xüsusi biletə sahib olmalıdırlar.

Ov mövsümü başlayandan indiyədək 10 şirkətdən müraciət daxil olub və hamısına müsbət cavab verilib. Bunlardan 7-si dağ kəlinin, 3-ü isə quş ovu ilə bağlıdır. Qanunsuz ovun qarşısını almaq məqsədilə xarici vətəndaşlar üçün ov təşkil edən şirkətlərin üzərinə müəyyən öhdəliklər qoyulub. Xarici vətəndaş qanunu pozduğu halda 2000 manatadək cərimə edilir, həmin vətəndaşın ölkədən çıxarılması üçün müraciət olunur, həmçinin şirkətlə işə məhdudiyyət qoyulur.

Daha çox xəbərlər