Siyasət 

MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olub

ARANTV.AZ xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olub. İclasda Prezident İlham Əliyevin təqdim etdiyi qanun layihələri müzakirə edilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində ölkə başçısının təqdim etdiyi 5 qanun layihəsi müzakirə edildi. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov  layihələr barədə məlumat verdi. “Azərbaycan, Gürcüstan və Türkiyə höküməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında”  Anlaşma Memarandumunun təsdiq edilməsi barədə” qanun layihəsində tərəflər arasında müdafiə sahəsində mövcud əlaqələrin genişləndirilməsi vurğulanır. Gündəliyə daxil olan ikinci məsələ “Azərbaycan və Gürcüstan Hökümətləri arasında sərhəd nümayəndələrinin, komissiyalarının fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi haqqqında” qanun layihəsi oldu. Daha sonra Azərbaycan və Türkiyə hökumətləri arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolun təsdiq edilməsi, “Azərbaycan Silahlı Qüvvələrinin Daxili xidmət nüzamnaməsinə dəyişikliklər  edilməsi haqqında” qanun layihələrinin əhəmiyyəti vurğulandı. İclasda Azərbaycan Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi haqqında da məlumat verildi. Sözügedən layihələr Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Daha çox xəbərlər