Xankəndi sakinlərindən Şamxal Adıgözəlova böyük dəstək -FOTOLAR
Bitərəf, 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyini irəli sürən Şamxal Adıgözəlovun Bərdə rayonunda seçiciləri ilə görüşüb.
ARANTV.AZ-ın məlumatına görə, görüş rayonda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə baş tutub.
Ş.Adıgözəlov bildirib ki, təşviqat üçün ayrılmış müddət ərzində hər bir seçicisi ilə görüşməyə çalışacaq.
Görüş zamanı məcburi köçkünləri maraqlandıran məsələlər müakirə olunub.
Sonda Ş.Adıgözəlov seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.


