ABŞ üç ölkədən səfirini geri çağırdı
Amerika Birləşmiş Ştatları Dominikan, Salvador və Panamadan səfirlərini geri çağırır.
ARANTV.AZ oxu.az-a istinadən məlumatına görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bəyan edib.
Qeyd edilir ki, belə addım bu ölkələrin Tayvanı tanımamaq qərarı ilə bağlıdır.
Məlumatda həmçinin bildirilir ki, Amerika Birləşmiş Ştatları Mərkəzi Amerika və Karib dənizi regionunda güclü, müstəqil və demokratik institutları dəstəkləmək üçün ABŞ hökumətinin liderləri bu ölkələrin diplomatik nümayəndələri ilə görüşəcək.

