Kriminal 

Tərtər sakini kirayə yaşadığı evdə bıçaqlandı – Bakıda

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov bıçaqlanıb.

O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

publika.az

Daha çox xəbərlər