Gündəm 

Deputatlığa namizəd Şamxal Adıgözəlov Gəncə şəhərində Xankəndi sakinləri görüşüb.

Seçicilərlə görüş məcburi köçkünlərin kompakt məskunlaşdığı iki düşərgədə baş tutub. Bura Gəncə şəhərində yerləşən “Peşə məktəbi yataqxanasını” və Kəpəz rayonunda yerləşən qırmızı qəsəbədə keçirilib.

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 122 saylı Xankəndi seçki dairəsindən namizədliyi irəli sürülmüş telejurnalist Şamxal Adıgözəlov Gəncə şəhərində məskunlaşan Xankəndi şəhər sakinləri və Kərkicahan qəsəbəsindən olan seçicilərlə görüşüb.

Görüşü giriş sözü ilə açan Şamxal Adıgözəlov ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığından söhbət açıb. Bu inkişafın ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyib. Gənc namizəd Ş. Adıgözəlov Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını vurğulayıb.

Görüşdə namizədin seçkiqabağı platforması və ölkədə aparılan islahatlar müzakirə edilib. Ş. Adıgözəlov Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdıqlarını vurğulayıb. O, qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin yeritdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir.

Görüşdə çıxış edən Xankəndi şəhər sakinləri və Kərkicahan qəsəbəsinin sakinləri yaşadıqları problemlərdən danışaraq seçki günü fəallıq nümayiş etdirəcəklərini bildirib.

Qeyd edək ki, Şamxal Adıgözəlov 1986 – çi ildə Xankəndi şəhərinə anadan olub. Xəzər televiziyasının Qarabağ üzrə bölgə müxbiri işləyir.

Daha çox xəbərlər