Siyasət 

Parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu gün Mrkəzi Seçki Komissiyasnda exit-poll keçirmək istəyən təşkilatların müraciətinə baxlıb.

Əvvəlcə Əmək Hüquqlarının Müdafiə Liqasının (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları ilə birgə)) müraciətinə baxlıb. MSK sədrinin müavini Rövət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilat 1053 seçki məntəqələrində seçicilərin rəyini öyrənəcəklər.

R.Qasımov vurğulayıb ki, 2106 müsahibəçinin, 47 supervayzerin bu prosesə cəlb olunması nəzərdə tutulur. Müraciət səsə qoyularaq qəbul edilib.

Daha çox xəbərlər