Monqolustan Çinlə sərhədi bağladı
Monqolustan hökuməti geniş yayılmaqda olan koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, sərhəd qeyri-müəyyən müddətə bağlı qalacaq.
Bundan başqa, hökumətin bugünkü iclasında ölkə ərazisində məktəb və universitetlərdə dərslərin dayandırılması qərara alınıb. Təhsil mərkəzləri martın 2-dək bağlı qalacaq.
Hökumət, həmçinin vətəndaşları kütləvi mitinqlərə toplaşmamağa çağırıb.

