Bu gün AFFA-nın Seçki Konfransı keçiriləcək
Bu gün AFFA-nın növbəti Konfransı keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, “Bulvar” hoteldə baş tutacaq konfransda AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, İcraiyyə Komitəsinə seçki keçiriləcək.
Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə təklif olunub.
İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:
Regional Futbol Federasiyaları İctimai Birliyi – üç yer
1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Peşəkar Futbol Liqası İctimai Birliyi – beş yer
1. Zaur Axundov – “Keşlə” FK tərəfindən
2. Rauf Əliyev – “Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – iki yer
1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – iki yer
1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
Bundan əlavə, konfransda AFFA prezidenti postuna da seçki olacaq.
AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.Oxu.Az

