Rusiyada oxumaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Rusiya Federasiyası 2020-2021-ci tədris ili üzrə “Study in Russia” adlı təqaüd proqramı elan edir.
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proqramda iştirak üçün sənədlərin qəbulu https://edu.rs.gov.ru/ internet səhifəsində göstərilən qaydada həyata keçirilir.
Təqaüd proqramına müraciət etmək istəyən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

