Hadisə 

Güləş üzrə dünya çempionumuz Rusiyada faciəvi şəkildə öldü – YENİLƏNİB + FOTO

Sultan Nəsrullayev 2012-2013-cü ilə qədər sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü olub.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat Xidmətinin rəisi Sərxan Musalı deyib.

Onun sözlərinə görə, bundan sonra S.Nəsrullayev yığmadan ayrılıb və Dağıstana köçüb.

S.Musalı bildirib ki, 7-8 ildir AGF ilə əlaqəsi olmayıb və onun ölümü ilə bağlı heç bir məlumatımız yoxdur.

14:28

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.

Midag.ru xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.

Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.

Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.

Daha çox xəbərlər