İdman 

Dünya çempionumuza zabit rütbəsi verildi – FOTO

Pauerliftinq üzrə dünya çempionu Rövşən Xəlilova zabit rütbəsi verilib.

ARANTV.AZ-ın xəbərinə görə, xidmətdə və idmanda qazandığı uğurlara görə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrlə ona leytenant rütbəsi təqdim olunub.

Xəlilova leytenant poqonlarını Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev təqdim edib.

Qeyd edək ki, Rövşən Xəlilov leytenant rütbəsi alanadək Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri idi.Oxu.Az

Daha çox xəbərlər